Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Səmərəli asudə vaxt sağlam gənclik deməkdir”  adlı tədbir keçirilib

11.06.2024

11 iyun 2024-cü il tarixində M.P.Vaqif və M.V Vidadinin Xatirə Muzeyində uşaqların asudə vaxtının səmərəli təşkili ilə əlaqədar olaraq "Səmərəli asudə vaxt sağlam gənclik deməkdir”  adlı tədbir keçirilib.

Tədbirdə Qazax rayon 5 saylı məktəbin 4-cü sinif şagirdləri iştirak ediblər. Tədbirdə muzeyin direktoru Məhruzə Hüseynova söz açaraq bildirib ki,  hər yaş dövründə uşaqların asudə  vaxtlarının məqsədyönlü, planlı, mütəşəkkil təşkil olunmasının xüsusi əhəmiyyəti vardır. Uşaqların asudə vaxtlarının səmərəli təşkili onların yaradıcı bacarıqlarının inkişafı və sağlam böyümələri üçün əlverişli mühit yaradır. Məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır. Tədbirdən sonra isə uşaqlar muzey ekspozisiyası ilə tanış olaraq vaxtlarını səmərəli şəkildə istifadə edərək müəyyən məlumatlar əldə ediblər.